19-04-2019 [14:36]
Məlum olduğu kimi, IX sinifdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı "Tədris dili”, "Riyaziyyat” və "Xarici dil” fənlərindən olmaqla iki mərhələdə keçirilir. Birinci mərhələdə şagirdlərə 45, ikinci mərhələdə isə 90 test tapşırığı təqdim edilir.
Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, buraxılış imtahanının nəticələri hər fənn üzrə 100 ballıq qiymət şkalası ilə qiymətləndirilir.
İmtahanın birinci mərhələsində şagirdlər hər fənn üzrə maksimal olaraq 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. Yəni şagirdlər attestatına 100 ballıq qiymət şkalası ilə yazılacaq balın 30 faizini imtahanın birinci mərhələsindən, 70 faizini isə imtahanın ikinci mərhələsindən toplaya bilərlər. Əgər şagird hər hansı buraxılış imtahanı fənni üzrə imtahanın birinci mərhələsindən 20, ikinci mərhələsindən isə 60 bal toplayıbsa, deməli, onun attestatına həmin fənn üzrə 80 bal yazılacaq.
Qaydalara əsasən, IX sinfi cari ildə bitirənlər üçün kolleclərə qəbul da buraxılış imtahanlarının nəticələrinə əsasən aparılır.
Qeyd elədik ki, birinci mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 baldır. Deməli, şagirdlər 3 fənn üzrə cəmi 90 bal toplaya bilərlər. İkinci mərhələdə isə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla cəmi 210 baldır.
Beləliklə, hər iki mərhələnin nəticəsinə görə şagirdlər maksimal olaraq 300 bal toplaya bilərlər. Misal üçün hər hansı bir abituriyent imtahanın birinci mərhələsindən 60, ikinci mərhələsindən isə 140 bal toplayıbsa, ümumi balı 200 olacaq və bu balın əsasında kollecə qəbul olmaq üçün musabiqədə iştirak edəcək.
Xatırladaq ki, kolleclərin müsabiqəsində ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul” alan abituriyentlər buraxılırlar.
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə