Samir Nuriyev Abutalıbovun kadrını vəzifəsindən çıxardı

img

19-04-2019 [11:00]


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev rəisin vəzifəsini kiçildib.

Samir Nuriyevin əmri ilə Akif Abdullayev Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, idarə rəisinin birinci müavini vəzifəsinə təyin edilib. 

İdarənin rəis vəzifəsinin icrası isə Anar Quliyevə tapşırılıb.

Xəbəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət öncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi prezident İlham Əliyevin fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansına daxil edilib. Hacıbala Abutalıbovun meriyaya rəhbərlik etdiyi illərdə Akif Abdullayev uzun müddət Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi və rəisi olub.

Unikal.org


Digər xəbərlər
SON XƏBƏRLƏR