Şriftin ölçüsü / 309 dəfə oxunub

Vergilər Nazirliyinin rəhbər şəxslərinə yeni səlahiyyət verildi - Dəyişiklik

18 Aprel 2019 [18:55]
Prezident İlham Əliyevin"İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişikliklə bağlı fərman verib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə vergilər naziri, onun müavinləri, Vergilər Nazirliyinin Aparatının rəhbəri, onun müavinləri, Vergilər Nazirliyi yanında departamentlərin baş direktorları, onların müavinləri, ərazi vergilər departamentlərinin (idarələrinin) baş direktorları (direktorları), onların müavinləri, rayon vergilər şöbələrinin direktorları, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının vergilər naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri baxacaq.


SON XƏBƏRLƏR
13:40 25.05.2019
Tramp Yaponiyaya gedib