Şriftin ölçüsü / 79 dəfə oxunub

"İlk növbədə ABŞ, Çin və Rusiya üçün fəlakətlə nəticələnəcək" - BMT-dən hesabat

18 Aprel 2019 [15:23]
Birləşmiş Millətlər Təşkilatının Tərksilah Komissiyasının (UNODA) son hesabatında bildirilir ki, silahlanma üzərində nəzarət sisteminin çökməsi bütüm dünya, ilk növbədə ABŞ, Çin və Rusiya üçün fəlakətlə nəticələnəcək. Ən böyük silah istehsalçıları olan bu dövlətlər böyük maliyyə problemləri ilə də üzləşə bilər.

Mia,az xəbər verir ki, hesabatın müəllifləri təşkilatın baş katibi Antonio Quterreşin hələ ötən il dünyanı yeni "soyuq müharibə” təhlükəsi gözlədiyi barədə xəbərdarlığını xatırladırlar. Qeyd olunub ki, bu yeni həmin fonda bu böyük dövlətlər arasında məhdudiyyətsiz silahlanma və gərginlik daha da artacaq.

Son illər ABŞ və Rusiya arasında gərginliyin daha da artmasını vurğulayan hesabat müəllifləri qeyd edirlər ki, Vaşinqtonla Pekin arasında silahlanma və ticarət sahəsində rəqabətin güclənməsi bəşəriyyətə yaxın gələcəkdə yaxşı heç nə vəd etmir. Çünki bu vəziyyət təkcə həmin üç dövlətin deyil, bütün ölkələrin təhlükəsizliyini təhdid edir.

Ekspertlərin qənaətinə görə, silahlanmaya sərf olunan maliyyə vəsaitlərinin əhalinin rifahına yönəldilməsi vəziyyətdən yeganə çıxış yoludur. Daha dəhşətlisi isə, hər hansı böhran və ya münaqişənin fonunda nüvə müharibəsi təhlükəsi istisna edilmir.

UNODA-nın bu hesabatı komissiyanın üzvləri ilə yanaşı, dəvət olunmuş ekspertlərin iştirakı ilə hazırlanıb. BMT-nin baş katibinin də dediyi kimi, onlar "hər hansı mexaniki səhvin, səhlənkarlığın və ya elektron cihazlardakı nasazlığın belə bütün bəşəriyyətin məhv olmasına səbəb olacağı” barədə xəbərdarlıq edirlər.

Hesabat nüvə silahlarının yayılmaması haqqında Müqavilə iştirakçılarının 2020-ci ildə keçiriləcək konfransı ərəfəsində aprelin 29-da başlayacaq hazırlıq sessiyasının müzakirəsinə təqdim olunacaq.


SON XƏBƏRLƏR
13:40 25.05.2019
Tramp Yaponiyaya gedib