Şriftin ölçüsü / 100 dəfə oxunub

Eldar Mahmudovun əmisi oğlunun məhkəməsi başlayır

18 Aprel 2019 [14:51]
Bakı Hərbi Məhkəməsində Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Mia.az ona-ia istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq. Cinayət işi üzrə ümumilikdə 2 nəfər zərərçəkmiş qismində tanınıb. Onların içində "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov da var.

Keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləyən və faktiki olaraq sabiq nazir E.Mahmudovun köməkçisi funksiyasını həyata keçirən polkovnik-leytenant V.Mahmudov MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

V.Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilən əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR
13:40 25.05.2019
Tramp Yaponiyaya gedib