Rusiya XİN: "NATO ilə hərbi qarşıdurma bəşəriyyət üçün fəlakətə çevriləcək"

img

15-04-2019 [15:11]


"Rusiya NATO ilə hərbi qarşıdurmanın bütün bəşəriyyət üçün fəlakətə çevriləcəyi üçün bunun baş verməyəcəyinə ümidvardır".

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Akeksandr Qruşko bildirib.

"NATO ilə hərbi ixtilafa gəlincə, sağlam düşüncəli hər kəs bunun baş verməməsinə ümidvardır. Bu, bütün bəşəriyyət üçün fəlakətə çevrilə bilər. Bunun istər Vaşinqtonda, istərsə də Brüsseldə dərk olunduğuna əminəm”, – o deyib.

Rusiyalı diplomat hazırkı vəziyyətdə qəsdsiz qəzaların, anlaşılmazlığın daha çox təhlükə yaratdığını, bunların qarşısını almağın vacibliyini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR