15-04-2019 [14:35]
Cəlilabad rayon sakini ikinci qrup əlil Nuriyev Faba Ovezoviç tərəfindən media vasitəsi ilə ölkə prezidentinə müraciət edib.
O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətindən narazılığını bildirib, hüquqlarının pozulduğunu qeyd edib:
"Mənim müraciətim prezident İlham Əliyevədir. Bildirirəm ki, məni 2013-cü il də maşın vurub, o gündən sol ayağım tamamilə işləmir. 2016-ci ildə mənə ömürlük 2-ci qurup əlil statusu vermişdilər, sonradan səhhətimdə ağırlaşma olduğundan, qeydiyyatda olduğum Cəlilabad RMH-dan həkim komissiyasından keçib əlilliyin qiymətləndirilməsi üçün göndəriş (forma 88) aldım.
Sonra Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) müraciət etdim. Birinci müraciətimdə 2-ci qrupu kəsib 3-cü qrup verdilər, sonra Əmək və əhalinin sosial müdafiəsi nazirliyində olanda mənə dedilər ki, yenidən həkim komisiyasından keç və təkrar müraciət et. Mən də təkrar müraciət etdim, bu dəfə mənə verilən 3-cü qrupu da tamam kəsdilər. Dedilər ki, əlil deyilsən.
Sonra mən sizə və Mehriban xanıma, baş nazirə müraciət edəndən sonra Cəlilabad RPŞ-nin rəisi və keçmiş icra başçımızın köməyilə mənə 23.08.2017-ci ildə 5 illik ikinci qrup statusu verdilər. Amma mənə verilən əlillik dərəcəsi düzgün deyil, 1-ci qrup düşdüyü halda 2-ci qrup veriblər. Bununla bağlı mən dəfələrlə məktub yazmışam. Nazirlik yanında TSEK-ə göndəriblər, amma bu günə kimi cavab almamışam. Hətta nazirliyin mətbuat rəhbəri Fazil Talibovun "Facebook”dakı səhifəsinə də yazmışam. Mənim şikayətimlə maraqlanmaq əvəzinə məni blok edib. Belə görünür ki, Sahil Babayev də köhnə nazir Səlim Müslümovun yolunu gedir.
Hörmətli cənab Prezident, mən də bu ölkənin vətəndaşıyam, niyə mənim hüquqlarım pozulmalıdır? Sizdən xahiş edirəm bizi Sahil Babayevin zülmündən qurtarasız və mənim 1-ci qrup əlilliyim bərpa olunsun”.
Məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova "Yeni Sabah”a açıqlamasında bildirib ki, bu barədə araşdırma aparılıb:
"Cəlilabad rayon sakini, II qrup əlilliyi olan şəxs Nuriyev Faba Ovezoviçin ona I dərəcə əlillik təyinatının aparılmaması ilə bağlı sosial şəbəkədə əksini tapan şikayəti haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən araşdırma aparılıb. F.Nuriyev əlilliyinin II qrupdan I qrupa dəyişdirilməsi üçün polikinikaya müraciət etdiyini və əlilliyinin yenidən qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən göndərişin (forma 88) elektron sistemə daxil edildiyini iddia edir.
Lakin müəyyən olunub ki, onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı sonuncu dəfə 23.08.2017-ci il tarixində sistemə göndəriş daxil edilib ki, göndərişdəki diaqnoz əsasında da F.Nuriyevə qanunvericiliyə uyğun olaraq II qrup əlillik təyin edilib. Onu da bildiririk ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-ekspert təması olmadan həyata keçirilir. Göndəriş elektron sistemə daxil edildikdən sonra göndərişi verən səhiyyə müəssisəsini, bu göndərişi təsdiq edən şəxsləri və əlilliyi qiymətləndiriləcək şəxsi müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Yalnız diaqnozdakı məlumatlar əsasında əlillik təyin olunub-olunmaması barədə qərar verilir. Bu da əlilliyin qiymətləndirilməsinin şəffaf və obyektiv aparılmasına xidmət edir.
F.Nuriyevə izah olunub ki, əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi üçün yenidən müraciət etmək hüququ var. Yaşadığı rayonun səhiyyə müəssisəsi tərəfindən onunla bağlı sistemə yenidən göndəriş daxil edildiyi halda, əlilliyi göndərişdəki diaqnoza uyğun təkrar qiymətləndiriləcək”, deyə mətbuat katibi əlavə edib.
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib