warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 97 dəfə oxunub

"207 vəzifəli şəxsə qarşı müxtəlif intizam tənbeh tədbirləri tətbiq olunub" - Palata

15 Aprel 2019 [14:00]
2018-ci ildə nöqsanlara yol vermiş 207 vəzifəli şəxsə qarşı müxtəlif intizam tənbeh tədbirləri tətbiq olunub.

"Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatında bildirilir.

Hesabatda bildirilir ki, təqdim edilmiş məlumatlar əsasında 21 nəfər işdən çıxarılıb, 80 nəfərə xəbərdarlıq və 11 nəfərə ciddi xəbərdarlıq edilib, 6 nəfərə şiddətli töhmət və 74 nəfərə töhmət verilib.

Bundan başqa, 13 nəfər vəzifəli şəxsin maaşının 10% azaldılması ilə bağlı qərar qəbul edilmiş və 2 nəfər aşağı vəzifələrə keçirilib.

Nəzarət tədbirləri ilə müəyyən edilmiş nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması hər bir tədbir üzrə qəbul olunmuş kollegiya qərarlarında öz əksini tapıb.


SON XƏBƏRLƏR