Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü başladı

img

15-04-2019 [13:03]


Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrov arasında üçtərəfli görüş başlayıb.

Hər üç nazir görüşmək üçün Rusiya XİN-in "Qəbullar Evi"nə gəlib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.

Həmçinin martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarına dair qapalı məsləhətləşmələr də aparılacaq.

Daha sonra nazirlərə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer də qatılacaq.
ONA

Digər xəbərlər
SON XƏBƏRLƏR