Silah-sursat aşkar edilərək götürülüb

img

15-04-2019 [11:35]


Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Yeni Xocavənd qəsəbəsi ərazisindəki əkin sahəsindən 1 ədəd "ST. Etienne” markalı tüfəng, 3 ədəd "İJ” markalı tüfəng, 2 ədəd alışqansız "F-1” markalı əl qumbarası, 30-dan çox müxtəlif patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR