Qarabağla bağlı vacib görüş - Elmar Məmmədyarov Moskvaya getdi

img

15-04-2019 [09:40]


Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov aprelin 15-də Moskvada rusiyalı və ermənistanlı həmkarları Sergey Lavrov və Zohrab Mnatsakanyanla görüşəcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.

Həmçinin martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarna dair qapalı məsləhətləşmələr də aparılacaq.

Görüşdə nazirlərə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer də qatılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR