Evdə partlayış oldu - Xəsarət alan var

img

15-04-2019 [09:27]


Şəkidə beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

MIA.az FHN-ə istinadən xəbər verir ki, hadisə binanın 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə olub. Yanğın nəticəsində mənzilin yanar konsturksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 m² sahədə qarsalanıb.

Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR