Qar uçqununa düşən hərbçilərdən birinin nəşi tapıldı

img

14-04-2019 [12:05]


Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olanhərbi qulluqçularından birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizirAbdullayev Hafiz Məhəd oğluvə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgərMəmmədov Fərrux Fərman oğlumövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb.

Bu gün onun nəşi doğulduğu Qazax rayonYuxarı Salahlıkəndinə aparılıb. H.Abdullayevin dəfnində şəhər ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edir. O, kənd qəbiristanlığında dəfn olunacaq.

Hafiz Abdullayevailəli idi, 3 övladı var.

Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR