13-04-2019 [10:02]
Dünən təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı mətbuat konfransı keçirib.
Konfransda hadisə ilə əlaqədar aparılan xidməti araşdırmanın nəticələrinin açıqlanmalı idi. Lakin nazirlik qaş düzəltdiyi yerdə vurub göz çıxardıb. Ölkənin bir nömrəli gündəminə çevrilən hadisə ilə bağlı konfransa məhdud sayda media nümayəndəsi çağırılıb. Əvvəlcədən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun müəyyənləşdirdiyi siyahıda adları olmayanlar isə konfransa buraxılmayıb.Bununla da nazirlik haqlı tənqidlərə dözümsüzlük nümayiş etdirərək KİV haqqında qanunu heçə sayıb.
Sosial şəbəkədə media nümayəndələri nazirliyin bu addımını sərt tənqid ediblər:
Rafael Becanov: Bu nazirin idarə etdiyi təhsil sistemi də belə olar. Adam mətbuat konfransı keçirmək istəyir və mətbuatı "ağ"lara, "qara"lara bölür. Yəni, özünün dediklərini yazanları çağırır. Belə mətbuat konfransı olur? Press-reliz paylamaq niyyətindədir görünür.
Bu düşüncəylə, bu yanaşmayla məktəblərdə hələ çox şeylər olacaq.
Görünür məktəblərə də nazir, onun əməkdaşları elə yanaşır. Ona görə də bu qədər özbaşınalıqdır...
Ziya Babayev: Təhsil Nazirliyində mətbuat konfransı keçirilir. Lakin bizi ora buraxmırlar. Deyirlər adınız siyahıda yoxdur.
Bəs cənab nazir bu konfransı keçirəndə, ora dəvət olunan jurnalistlər və ya KİV necə seçilir? Bəlkə biz Elinanın ölümü ilə bağlı verə biləcəyimiz suallara görə çağrılmamışıq?!
Miri Məcidli: Təhsil naziri intihar edən məktəbli ilə bağlı mətbuat konfransı keçirir. Mətbuat konfransına yalnız Nazirliyə sərf edənləri yazanlar dəvət olunub. Həmin TV onsuz da sizin dediyinizi yayımlayacaq. Bu saxta şou kimə lazımdır? Niyə həmin konfransda saytlar yoxdur?
Vilayət Muxtar: Nazir Ceyhun Bayramov, niyə belə əziyyət çəkirsiz ki? Özünüz danışın, özünüz çəkin, özünüz də paylaşın da... Deməli, nazir mətbuat konfransı keçirir, amma 3-4 media orqanını dəvət edib... Nazirlikdən isə deyirlər ki, siz gəlməyin, onsuz da içəri buraxılmayacaqsız... Bax budur sizin mətbuata nə dərəcədə açıq olduğunuz... Günahkarlar hər zaman suallara cavab verməmək üçün bu cür addımlar atır, mətbuatdan qaçır...
Famil Fərhadoğlu: Görün bəzi mətbuat katibləri mediamıza nə cür yanaşır. Təhsil naziri Ceyhun Bayramov intihar edən Elina ilə bağlı mətbuat konfransı keçirəcək. Amma, məsələnin əmması odur ki, konfransa nazirliyin özləri istədiyi jurnalistlər çağırılacaq. Bu nə yanaşmadır? Bu nə düşüncədir? Biri hörmətli nazirimizə desin ki, mətbuat katibi Cəsarət Valehov mətbuatı narazı salmağa davam edir. Bilmiş olsun. Mətbuat katibi olmaq o deyil ki, o işini özü istədiyi kimi qurmalıdır.
Əzizə İsmayılova: Təhsil Nazirliyi nəhayət ki, baş verən hadisə ilə bağlı mətbuat konfransı keçirəcək. Amma öz siyahısında olan agentliklər və televiziya kanalları üçün. Mətbuat konfransı dar çərçivədə təşkil olunub və bu gün həmin konfransda iştirak edəcək KİV-lərin siyahısı hazırlanıb. Əladır. Hər nazirliyin öz "kruq"u, öz jurnalisti varsa, daha əziyyət çəkib görüntü üçün niyə konfrans keçirirlər? Elə press relizi göndərsinlər vəssalam da. Hazır suallara cavab, onsuz da press relizin sual formasında olan variantıdır.
Medianın siyahıya düşə bilməyənləri də öz suallarına özləri cavab uydursunlar - həmişə olduğu kimi... Ya da suallara cavabları AzTV-dən, Azərtacdan və bu günə kimi hadisə ilə bağlı bircə cümlə belə yazmayan hörmətli siyahıda yer tutan seçilmiş həmkarlarından ala biləcəklər.
Vüsal Qarayev: Olmayan təhsilimizin nazirinin kürkünə birə düşüb. Deməli tələm-tələsik mətbuat konfransı keçirdir. Amma təsəvvür edirsiniz, özlərinə yaxın media xaric digərlərinin konfransa qatılmasına icazə vermirlər. Məsələhə "cebhe.info" saytı və "Cümhuriyət" qəzetinə qadağa qoyublar. Bu utanc vericidir hərəkətdir, analoqsuz bir şeydir. Belə rəzalət sadəcə ən geridəqalmış ölkələrdə baş verə bilər. Bu məhz təhsilimizin, təhsil nazirliyinin səviyyəsinə yaraşan hərəkətdir. Bu çoxdan ölmüş təhsilimizin son günlərini yaşayan rəhbərliyinin son çırpınışlarıdır. Nazir panika içərsində, süçluluq psixologyası ilə daha çox yanlışlara yol verir, yəni çırpındıqca batır. Yalnız nazir yox, nazirliyin ən az 90%-i, bütün təhsil ocaqlarının rəhbərliyinin 90%-i dəyişməlidir. Bu olmadıqca normal ölkədən, dövlətdən, cəmiyyətdən danışa bilmərik, hələ gələcək barədə heç düşünməyə dəyməz...
Sosial şəbəkədə onlarla jurnalistin bu addıma etiraz edən mövqeyi ifadə olunub.
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar