Yeni rektor daha bir müşaviri yola saldı - BDU-da dəyişiklik

img

12-04-2019 [14:34]


Bakı Dövlət Universiteti (BDU) rektorunun Beynəlxalq əlaqələr üzrə müşaviri Çingiz İsmayılov vəzifəsindən azad olunub.

Bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Coğrafiya üzrə elmlər doktoru, professor Ç.İsmayılov bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.

Qeyd edək ki, əvvəllər BDU rektorunun 3 müşaviri olub. Rektorunun ümumi məsələlər üzrə müşaviri, kimya elmləri doktoru, professor İsmayıl Əliyev bir müddət əvvəl vəzifəsindən azad edilib. 

Hazırda yalnız bir müşavir – Məzahir Sultanov vəzifəsinin icrasını davam etdirir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR