Avropa Liqası: "Arsenal", "Çelsi", "Valensiya", “Benfika” rəqiblərini məğlub etdi

img

12-04-2019 [01:14]


Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Mia.az xəbər verir ki, "Arsenal" İtaliyanın "Napoli" komandasını qəbul edib.

"Arsenal" ilk hissədə vurduğu iki qolla oyundan qalib ayrılıb - 2:0.

"Çelsi" isə Çexiyada "Slaviya"nı tək qolla məğlub edib - 0:1.

İspaniya təmsilçiləri "Vilyarreal" isə öz meydanında "Valensiya"ya uduzub - 1:3

"Benfika” isə səfərdə "Ayntraxt”ı məğlub edib - 2:4.

Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR