warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 1038 dəfə oxunub

42 MİLYON XƏRCLƏNƏN MƏŞĞULLUQ PROQRAMI: sabiq nazirlə indiki nazirin fərqi FOTOLARın gözü ilə

12 Aprel 2019 [00:23]

Hüquqşünas Sahib Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Özünüməşğulluq" proqramı ilə bağlı maraqlı foto faktlar paylaşmaqla yanaşı, yeni təklif verib. 

Mia.az xəbər verir ki, o, 2013-cü illə müqayisədə hazırda bu proqrama on dəfədən çox vəsait xərcləndiyini deyib:

"Təqdim etdiyim bu şəkillərdən biri 2013-cü ildə çəkilib. 

Birinci şəkildəki inək Xaçmaz rayonunda həyata keçirilən pilot "Özünüdəstək" proqramı çərçivəsində alınıb, kəndiliyə verilirdi.

İnək şəxsin məşğulluğunu təmin etmək üçün deyildi - bu, heç mümkün də deyil -, sadəcə, ailəyə dəstək üçün idi. 


1-Cİ FOTO

Digər şəkil 2018-ci ildə həyata keçirilən "Özünüməşğulluq" proqramının inəkləridir. Cənab nazir şəxsən yoxlayır". 


2-Cİ FOTO

Hüquqşünasi bildirir ki, o biri inəyi, yəni 1-ci fotodakı inəyi də şəxsən çəkib: 

"O vaxtkı nazir cənab Füzuli Ələkbərovla yoxlamaq üçün getmişdik. 

İkinci fotodakı inəklərsə çarəsizlikdən mal qarasını satan birindən alınıb, o biri çarəsiz insana verilir. Adını da qoyublar "Özünüməşğulluq".

O vaxt "özünüdəstək" proqramına ayrılan pul 2019-cu il üçün "özünüməşğulluğa" ayrılandan on dəfə az idi. 

Bu il bu proqrama bizlərin cibindən 42 milyon gedəcək. Lap yaxşı. Sadəcə, iki inəklə məşğulluğu təmin etmək mümkün deyil".

Sahib Məmmədov sonda deyib ki, bu proqramın adını dəyişsələr, yaxşı olar.

Mia.az


SON XƏBƏRLƏR