Nazirdən Tağıyevin heykəlinin ucaldılması haqda açıqlama: "Bununla şəxsən Birinci vitse-prezident məşğul olur”

img

11-04-2019 [17:48]


"Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması istiqamətində görülən işlərlə şəxsən Birinci vitse-prezident Mehriban Əliyeva məşğul olur”.

Bunu "Report”a eksklüziv açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı işlər Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilir: "Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərində heykəlinin ucaldılmasına həssaslıqla yanaşmaq lazımdır. Heykəlin ucaldılması üçün yer müəyyənləşdiriləcək. Daha sonra heykəlin hazırlanması üçün müsabiqə elan olunacaq. İşlər qaydasında gedir. Heykəlin hansı rayon ərazisində ucaldılacağı ilə bağlı öncədən məlumat vermək isə düzgün deyil”.

Xatırladaq ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevə heykəl ucaldılması barədə təklifi əməkdar artist Bəhram Bağırzadə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşündə səsləndirib. Dövlət başçısı isə B.Bağırzadənin təklifini dəstəkləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR