MTN-in həbsdə olan generalları İlham Əliyevə müraciət etdilər

img

26-03-2019 [23:13]


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalları Prezident İlham Əliyevə müraciət edib.

MİA.az xəbər verir ki, bu barədə Gununsesi.org-a məlumat verən mənbənin sözlərinə görə, prezidentə ünvanlanan müraciəti MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov, Transmilli Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanov, Monitorinq mərkəzinin sabiq rəisi Teymur Quliyev, Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və digər məhkum olunmuş zabitlər imzalayıb.

MTN-nin sabiq vəzifəliləri sonuncu əfv sərəncamında müxalif fəalların azadlığa buraxıldığını xatırladaraq, uzun illərə hakimiyyətə xidmətlərinin nəzərə alınmasını və bağışlanmalarını İlham Əliyevdən xahiş ediblər.

Onlar öz müraciətlərində MTN-də çalışdıqları müddət ərzində xidmətlərini, həmçinin keçirdikləri əməliyyat tədbirlərini, aldıqları mükafatların nəzərə alınaraq, əfv edilmələrini xahiş ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR