26-03-2019 [10:51]
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev sabiq səhiyyə naziri Əli İnsanovla yaxınlıq münasibətlərinin olması barədə yayılan xəbərlərə münasibət bildirib.
İcra başçısı bu cür məlumatların tamamilə yalan və uydurma olduğunu söyləyib:
"Mən həyatım boyu Əli İnsanovla görüşməmişəm. Görünür ki, haqqımda bu cür yazıları kimsə qəsdən hazırlayıb. Heç Əli İnsanov vəzifədə olan zaman belə mən onu tanımamışam. Mən dövlət adamıyam. Digər tərəfdən isə mən birmənalı şəkildə Heydər Əliyevçiyəm. Hər zaman ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləmişəm. Bundan sonra da belə davam edəcəm. Allah cənab Prezidentimizi qorusun. Mən yayılan bu xəbərləri uydurma hesab edirəm".
Vidadi İsayev Əli İnsanova nifrət etdiyini deyib:
"Mən bu cür xəyanətkar və yaramaz adamlara həyatım boyu nifrət etmişəm. Çünki Əli İnsanov dövlətin və ulu öndər Heydər Əliyevin çörəyini yeyib, sonra ona qarşı çıxıb. Həmin çörək onun burnundan gəlsin!".
Xatırladaq ki, "cumhuriyyet.az" saytı Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin bayram günlərində keçirilən bir məclisdə "Əli müəllim ağsaqqalımızdır, böyük şəxsiyyətdir. Biz (qərbi azərbaycanlılar nəzərdə tutulub - sayt) hər zaman dövlətçiliyə sadiq olmuşuq, xırda incikliklər də aradan qalxacaq. Biz birliyimizi qorumalıyıq” kimi fikirlər bildirdiyini yazıb.
Onu da bildirək ki, Vidadi İsayev Qərbi Azərbaycanın (indiki Ermənistanın) Dərələyəz mahalında anadan olub. Tarix elmlər doktoru, yazıçı-publisist kimi tanınan Vidadi İsayev elmi yaradıcılığında bu bölgəyə xüsusi diqqət ayırıb/Demokrat.az.
Xatırladaq ki, Vidadi İsayev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin yaxın dostu olmaqla, barəsində ən çox şikayət edilən, adı mətbuatda neqativ məsələlərdə hallanan icra başçılarından biridir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb