“Bu xəbərlərə inanmayın”- Uşaq pulu olmayacaq

img

21-03-2019 [14:15]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn aydan ailələrə uşaq pulu veriləcəyi ilə bağlı məlumatlara cavab verib.

Məlumatda bildirilir ki, 3 yaşa kimi uşaqlara 80 manat, 3-7 yaş arası uşaqlara 50 manat, 7-17 yaş arası olanlara 40 manat uşaq pulunun veriləcək. Uşaq pulunun verilməsinə aprelin 1-dən etibarən start veriləcək. Bunun üçün ailələrə ASAN Xidmətə yaxınlaşıb övladlarının doğum haqqında şəhadətnaməsini təqdim etməlidirlər.

Nazirliyin mətbuat katibi Fazil Talıbov sosial şəbəkələrdə heç bir rəsmi mənbəyə istinad olunmadan yayılan belə məlumatları əsassız adlandırıb: 

"Guya gələn aydan ailələrə uşaq pulu veriləcəyi barədə yalan məlumat yayımlanıb. Bu məlumata heç bir halda inanmayın”.



Digər xəbərlər
SON XƏBƏRLƏR