Rüşvətə görə həbs edilən keçmiş prokuror azadlığa buraxılıb

img

18-03-2019 [14:44]


Şəki Apellyasiya Məhkəməsində İsmayıllı rayonunun rüşvət almada təqsirləndirilən sabiq prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, Ü.Abbasova şərti cəza verilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

 F.Quliyevin 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası isə 6 ilə endirilib.

Qeyd edək ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar "İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edildiyindən F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra rayonun prokuroru Ü.Abbasov da həbs olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ü.Abbasov 9 il, F.Quliyev isə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı