Ombudsman Aparatı əfvlə bağlı bəyanat yaydı

img

17-03-2019 [22:17]


Ombudsman Aparatı Azərbaycan Prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 16 mart 2019-cu il tarixli sərəncamının icrası ilə bağlı bəyanat yayıb.

Aparatdan Mia.az-a daxil olan bəyanatda bildirilir ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan Hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının dövlət başçısına ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq 431 məhkum əfv olunub:

"Sərəncamla azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən, üç nəfər islah işləri cəzasından, habelə bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib”.

Bəyanatda da bildirilib ki, Ombudsman Elmira Süleymanovanın müraciətləri nəzərə alınaraq, sonuncu Əfv sərəncamı ilə 54 məhkum, o cümlədən qadın və əcnəbi məhkumlar əfv olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq