Bakıda yeni quraşdırılan işıqforun hələ işə salınmaması qəzaya səbəb olub - FOTO

img

17-03-2019 [18:05]


Bakının Nobel prospektində yeni quraşdırılan işıqforun hələ işə salınmaması yol qəzasına səbəb olub.

"Report” xəbər verir ki, hadisə yolun Xəzər TV-yə yaxın ərazisində qeydə alınıb.

İşıqforun hələ işə salınmamasına baxmayaraq, prospektin həmin hissəsində artıq dönmə əməliyyatı etməyə başlayan sürücülər, yaranan anlaşılmazlıq səbəbindən qəza törədiblər.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alan olmasa da, maşınlara ziyan dəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı