Əfvə düşən DİN-nin sabiq polkovniki: "Əsas səbəbkar olan şəxslər öz cəzalarına çatıblar"

img

17-03-2019 [16:25]


Məlum olduğu kimi, Prezidentin əfv sərəncamı ilə məşhur "Qara kəmər" əməliyyatı nəticəsində həbs edilmiş və ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi, polis polkovniki Kamil Sədrəddinovun da cəzası 20 ilə endirilib.

Mia.az bildirir ki,  bununla bağlı mətbuata açıqlama verən Kamil Sədrəddinov ölkə rəhbərliyinə təşəkkür edib: "30 ildən artıq xidmət etmişəm. Xidmətlərim dövründə ulu öndərimiz tərəfindən "İgidliyə görə" ordeni ilə təltif olunmuşam. Tabeçiliyimdə olan əməkdaşa nəzarəti lazımı dərəcədə həyata keçirmədiyim üçün bu cəzaya məhkum olunmuşam. Bu cəzanın üzərimdən nisbətən götürülməsində əməyi olan ölkə başçımız İlham Əliyevə, birinci-vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərimi bildirirəm. 

Daxili işlər naziri Ramil Usubova da təşəkkürümü bildirirəm, bu illər ərzində mənim qayğımı çəkib, mənim necə bir əməkdaş olduğumu, necə tədbirlər keçirdiyimi çox gözəl bilir. Sağ olsunlar ki, bu ağır cəzanın üzərimizdən götürülməsində öz səy və bacarıqlarını əsirgəmədilər. 

Sonuncu dəfə Daxili İşlər Nazirliyində Daxili Təhlükəsizlik İdarəsinin rəis  müavini vəzifəsində çalışmışam. 14 il Baş cinayət axtarışı  idarəsində şöbə rəisi olmuşam. Ondan əvvəl Rusiyanın Kemerovo vilayətində 16 il çalışmışam. 1990-cı ildən xidmətimi Azərbaycanda davam etdirirdim. O müddətdən 2005-ci ilə qədər adını çəkmək istəmədiyim (adam oğrusu Hacı Məmmədovu nəzərdə tutur) tabeçiliyimdə olan əməkdaşın törətdiyi xüsusilə ağır cinayətlərə görə 2 polis əməkdaşı, bir general, bir polkovnik məsuliyyətə cəlb olunub. Bu məsuliyyətə cəlb olunmaqda əsas səbəbkar olan şəxslər öz cəzalarına çatıblar".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı