"Bu, vətəndaşlar arasında inam və etimada ciddi təsir göstərəcək" - Mərkəz sədri

img

17-03-2019 [12:32]


Prezidentin növbəti əfv fərmanı ölkəmizn ictimai siyasi mühiti üçün  həyatı əhəmiyyət daşyır.

Bu sözləri Mia.az-a açıqlamasında İctimai-Siyasi Prosesler və Beynəlxalq Arasdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli deyib.

O qeyd edib ki, əfv sərəncamında hüquq müdafiə təşkilatlarının siyahısında olan 50-dən çox şəxsin adı var: "Bu, çox ciddi rəqəmdir, heç vaxt belə göstərici olmamışdır. Bu baxımdan da sərəncam həm daxili siyasi proseslər,  həm də beynəlxalq münasibətlər baxımından mühim əhəmiyyət kəsb edir. Ölkə başçısının sərəncamı bir daha yüksək humanistlik göstəricisi olmaqla, eyni zamanda, vətəndaşlar arasında inam və etimada da ciddi təsir göstərəcək".

Samir Adıgözəlli deyib ki, bu sərəncamı Prezidentin xüsusi ilə sadə vətəndaşlara dayanan və son dövrlərdəki ciddi problemlərin həllində həyata keçirdiyi islahatların bir davamı kimi də qiymətləndirmək olar: "Prezident bir daha sübut etdi ki, bütün vətəndaşların rəhbəridir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı