“Bu real siyasi gücün və özünə əminliyin nümayişidir” - Emin Milli Prezidentə təşəkkür etdi

img

17-03-2019 [09:09]


"İlham Əliyevi hər zaman tənqid edən bir vətəndaş kimi, bu gün ona xüsusi təşəkkürümü bildirmək istəyirəm”.

Mia.az xəbər verir ki, bunu mühacirətdə olan Meydan TV-nin rəhbəri Emin Milli "Feysbuk" səhifəsində yazıb.

"Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir. Azərbaycanda 127 siyasi məhbus var. Onların günahsız həbsə atıldığı istər ölkə ictimaiyyətinə, istərsə də beynəlxalq aləmə bəllidir. Hesab edirəm ki, bu gün onların bir qisminin azad edilməsi zəifliyn deyil, məhz real siyasi gücün və özünə əminliyin nümayişidir. 100-150 insanı həbsdə saxlamaqla nə hakimiyyət alınır, nə də itirilir. İlham Əliyevi dəvət edirəm bu siyasi xətti davam etdirsin və Azərbaycanı yavaş-yavaş real islahatlara doğru aparsın”, - deyə Emin Milli qeyd edib.

Almaniyada yaşayan Emin Milli yazısında Vətənə qayıtmaq istədiyini bildirib: "Çox istəyərdim ki, Azərbaycana qayıdım və İlham Əliyevdən belə real islahatlar haqqında Meydan TV-də canlı intervyu alım. İlham Əliyev bunları etsə, həm ölkədə, həm də dünyada çox pozitiv, güclü, qorxmaz və maraqlı bir lider kimi böyük rəğbət qazanar və bütün Azərbaycanı irəliyə aparar.

Mən siyasətçi deyiləm və mənim üçün kimin hakimiyyətdə olması yox, ölkənin necə idarə olunması daha vacibdir. Hər zaman düzü tərifləyib, səhvi göstərən biri kimi bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm. İnanıram ki, bir gün o Meydan TV-də müsahibə verəcək və tariximizdə yeni bir mərhələnin gəldiyini bəyan edəcək”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq