"Bu, bizim ailəmiz üçün böyük bir sınaq idi" - Natiq Ədilovdan qardaşının azadlığa çıxmasına reaksiya

img

16-03-2019 [17:27]


Zəng edən, mesaj yazan bütün dostlara əzizlərə təşəkkür edirəm. Bəli, bugün qardaşım, vicdan məhbusu Murad Ədilov 4 il 7 ay sonra azadlığa çıxdı. Tamami ilə günahsız olduğu halda, bu rejim onun ömüründən bu qədər ömrü oğurladı".

Mia.az xəbər verir ki, bu sözləri AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov bildirib.

O qeyd edib ki, bu 4 il 7 ay onlar üçün bir sınaq olub: "Bu, bizim ailəmiz üçün böyük bir sınaq idi. Bu ağır etapı sadiq, igid dostların dəstəyi ilə ötüşdürdük. Real, virtual həyatda Ədilovlar ailəsinin bu problemi ilə maraqlanan hər kəsə sağ ol deyirəm, cani qəlbdən. Onların hamısında, təbii ki başqa AXCP ailəsi olmaqda minnətdarıq, təşəkkür edirik. Sınaqdan çıxa bilməyənlər də oldu, amma onları xatırlamaq belə istəmirəm".

Natiq Ədilov qeyd edib ki, bu ağır günləri mərdi-mərdanə, olduqca təvəzökar, ləyaqətli şəkildə yaşayan qardaşına minnətdardır: "Başımızı uca etdin. Təəssüf ki, ümumən bugünkü fərman barədə müsbət planda danışmaq mümkün deyil. Zindanlarda hələ çox sayda məhkum günahsız siyasi məhbuslarımız var. Onların və ölkənin azadlığı naminə, yola davam".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq