Bakıda yaşayış binasında yanğın - 2 nəfər öldü

img

16-03-2019 [09:53]


Bakıda binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR