Brenton 43 gün Türkiyədə olub – Ərdoğanı izləyibmi?

img

16-03-2019 [09:16]


Yeni Zelandiyada iki məsciddə qətliam törədən terrorçu Brenton Tarrantın keçmişdə bir müddət Türkiyədə yaşadığı məlum olub.

"Yeni Sabah” türk mediasına istinadən xəbər verir ki, hazırda terrorçunun Türkiyədə kimlərlə əlaqə saxladığı araşdırılır. Terrorçu dünyanın bir çöx ölkələrində də olub.

Hazırda onun Türkiyədə kimlərlə görüşdüyü, hərəkət istiqamətləri, kimlərlə telefonda danışdığı hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Məlum olub ki, səfər zamanı o, Türkiyədə 43 gün qalıb. Həmin 43 gün müddətində onun nə etdiyi Türkiyə xüsusi xidmət orqanlarını düşündürən əsas sualdır.

Rəcəb Tayyib Ərdoğanın həmin 43 gün müddətindəki proqramları araşdırılır, həmin proqramlarda qatilin istifadə etdiyi telefon şəbəkəsinin daxil olub olmadığı yönündə rouminq sistemindən incələmələr davam etməkdədir.

Daily Mail qəzeti isə Brenton Tarrantı NeoNasist iddeologiyasına yaxın olduğunu, uzun müddət Şimali Koreya və Pakistanda yaşadığını qeyd edir.

Brenton 43 gün Türkiyədə olub – Ərdoğanı izləyibmi?


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR