Hökumət siqaretlə bağlı qərar verdi - Şəxsiyyət vəsiqəsi tələb olunacaq

img

16-03-2019 [09:12]


Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov"Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarında dəyişiklik edilməsi barədə əmr imzalayıb.

Mia.az xəbər verir ki, sənəddə deyilir:

"Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1327-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 779 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 440, № 11, maddə 1513; 2015, № 5, maddə 665; 2016, № 3, maddə 615, № 5, maddə 955, № 9, maddə 1563, № 10, maddə 1733; 2017, № 1, maddə 123, № 8, maddələr 1616, 1623, № 9, maddə 1758; 2018, № 2, maddə 343, № 3, maddə 622, № 4, maddə 809, № 5, maddə 1126, № 8, maddə 1817, № 10, maddə 2162, № 11, maddə 2439) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na aşağıdakı məzmunda 5.7-1-ci bənd əlavə edilsin:

"5.7-1. Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR