15-03-2019 [16:49]
"Orta məktəblərdə müxtəlif adlar altında şagirdlərdən pul yığılması davam edir. Görünən odur ki, prosesdə Təhsil Nazirliyinin özünün marağı var”.
Mia.az xəbər verir ki, bu sözləri orta məktəblərdə müxtəlif bayram günlərində şagirdlərdən pul yığımı kimi neqativ halın davam etməsinə münasibət bildirərkən sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun dediyinə görə, cəzasızlıq mühiti belə vəziyyətin kütləvi xarakter almaqda davam etməsinə gətirib çıxarıb:
"Təəssüf ki, Təhsil Nazirliyi təhsildə baş verən neqativ hallara müdaxilə etmir.Onlar öz işlərini hansısa ağacəkmə kampaniyası keçirmək, yaxud da media kapitanlarını yığıb qonaqlıq verməklə bitmiş hesab edirlər. Bu yolla da medianın təhsildə yaranan neqativ hallardan yazmasına son qoymaq istəyirlər. Yəni, xəstəliyi müalicə etmək əvəzinə, sadəcə onu cəmiyyətdən uzaqlaşdırmağa çalışırlar.Təhsildə baş verən neqativ halların başında qeyri-qanuni pul yığımı prosesi dayanır. Hazırda X-XI-ci sinifdə oxuyanların əksəriyyəti dərsə demək olar ki, gəlmir. Direktorlar onlardan aylıq pul almaqla repetitorların yanına getmələrinə şərait yaradır".
Ekspertin sözlərinə görə, cəzasızlıq və məsuliyyətsizliyin nəticəsidir ki, orta məktəblərdə müxtəlif bayramlar ərəfəsi şagirdlərdən pul yığımı kimi neqativ hallar hələ də davam edir:
"Prosesin qəbuledilməz tərəfi də odur ki, 8 mart bayramı ərəfəsi imkansızlıqdan pul verə bilməyən və yaxud az verən valideynlərə qarşı müəllimlər iyrənc hərəkətlərə yol verirlər. Təhsil Nazirliyi mediaturlara, mənasız tədbirlərə ayırdığı pulları müəllimlər arasında bölüşdürsə, onlar da şagirdlərin cibinə baxmaz.
Yaxud da bu tipli əhəmiyyətsiz tədbirlərə xərclənın pulla dağılmış, qəzalı vəziyyətdə olan məktəbləri təmir etdirmək olar. Lakin Təhsil Nazirliyi orta məktəblərdə hökm sürən bu kimi neqativ halların qarşısını almaq üçün heç bir iş görmür. Fakt var və ona əsasən də cəza mexanizmi tətbiq edilməlidir. Məktəblərdə hökm sürən bu neqativ hal təhsilin keyfiyyətinə, uşaqların psixologiyasına da pis təsir göstərir. Əsasən də pul yığımı prosesi ibtidai siniflərdə baş verir, burada valideynlərə təzyiq göstərirlər.
Aydın şəkildə görünür ki, prosesin belə davam etməsində Təhsil Nazirliyinin özünün də marağı var. Elə olmasaydı, onlar anonim sorğularla razılaşardılar. Ancaq nazirlik bu istiqamətdə anonim müraciətləri qəbul etmir. Kifayət qədər valideyn məktəbdə pul yığılması ilə bağlı şikayət etsə də, nazirlik, təhsil idarələri məktəbi, müəllimi cəzalandırmaq əvəzinə, həmin məktəbdəki uşaqları cəzalandırıb. Ona görə də həmin neqativ hallar davam edir. İndiyə kimi heç bir məktəb direktoru qanunsuz pul yığımına görə cəzalandırılmayıb. Cəzasızlıq mühiti bu halların kütləvi olaraq qalmasına gətirib çıxarır. Deməli, təhsilin yuxarı pilləsində dayananların burada öz maraqları var. Ona görə də həmin hallara göz yumurlar”.
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."