“Nar”-ın dəstəklədiyi “Breyn Rinq” intellektual yarışlarının növbəti mövsümü başladı

img

15-03-2019 [16:36]


Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən "Nar”, intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. 

Şirkətdən Mia.az-a verilən məlumata görə, artıq bir neçə ildir ki, mobil operatorun baş sponsorluq etdiyi "Breyn Rinq” yarışlarının növbəti – on üçüncü mövsümü başlayıb. Yeni mövsümdə komandalar yarışın baş sponsoru olan "Nar” tərəfindən təsis edilmiş "Nar” kuboku uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, "Breyn Rinq” bilik yarışlarında respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Mart ayının 10-dan başlayanyarış iyun ayınadək davam edəcək. Beləliklə, "Nar” kubokunun sahibi iyun ayında məlum olacaq. 

Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır. Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə"Breyn Rinq”yayımlanan zamanxüsusi müsabiqə də keçirilir. Belə ki, verilişin yayımı zamanı "Nar”-ın "Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. "Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, həm də "Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər.

Qeyd edək ki, "Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR