Deputat: “Elmi şuralar “anekdot” yeri olmamalıdır”

img

15-03-2019 [16:31]


"Universitetlərdəki müdafiə şuralarının tərkibi sağlamlaşdırılmalıdır. 20-25 il əvvəl güc-bəla ilə elmi iş müdafiə edən və xaricdə bir kitabı, məqaləsi çıxmayan şəxsləri həmsədr qoymaq olmaz. Bu, Azərbaycan elminə ayıbdır. Elmi şuralar "anekdot” yer olmamalıdır, elmimiz xaricə çıxmalıdır”. 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bəzi universitetlərdə 3-4 nəfərlik heyət yaradılır və universitetin 700 nəfərlik müəllim kollektivinin məqaləsini oxuyur, xaricdə dərc olunub olunmaması ilə bağlı tövsiyə verir: "4-5 nəfər heç bir zaman 700 nəfərin məqaləsini oxuya bilməz, bu, fiziki baxımdan mümkün deyil. Bir şəxs və ya bir neçə şəxs bütün sahələr üzrə mütəxəssis ola bilməz”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR