15-03-2019 [15:48]
Hazırda ölkə gündəminin əsas mövzusu imzalanacaq əfv sərəncamıdır. Bu əfvlə çoxsaylı siyasi məhbusların, o cümlədən, 14 ilə yaxındır həbs həyatı yaşayan sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılacağı gözlənilir.
Xızının keçmiş icra başçısı, sabiq deputat, YAP-ın qurucularından sayılan Maksim Musayevlə həm sabiq nazirin azadlığı, həm də digər aktual məsələləri dəyərləndirdik.
– Maksim bəy, əfv sərəncamı ilə azadlığa buraxılacaq məhbuslar arasında keçmiş silahdaşınız Əli İnsanovun da olacağı deyilir. Bu xəbərlər barədə nə deyə bilərsiz?
– Birmənalı şəkildə onun azad olunmasının tərəfdarıyam. Xalq arasında Əli İnsanovun həbsdə saxlanılmasına yaxşı baxmırlar. Onunla birlikdə deputat olmuşuq, YAP-ın yaradılmasında iştirak etmişik, Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün biz də mübarizə aparmışıq. Onun nəinki Heydər Əliyevin hakimiyyətə gəlməsində, Azərbaycanda normal dövlət qurulmasında böyük rolu olub. Üstəlik, o, elə nazirlərdən idi ki, ən ağır günlərdə İrəvana getdi. Qayıdandan sonra səfərin necə olduğunu soruşdum. Danışığından məlum oldu ki, orada dəyanətlilik göstərib. Eyni zamanda uşaq vaxtı gəzdiyi İrəvan küçələrindən kədərlə danışdı. Onun parlamentdə deputat kimi yaxşı çıxışları olurdu. Nazir olduğu illərdə səhiyyəmizdə müəyyən dəyişikliklər də oldu. Özü də bu dəyişikliklər büdcəmizin ən kasıb olduğu illərə təsadüf edirdi.
Martın 22-də onun doğum günüdür, 73 yaşı tamam olacaq. Mənə elə gəlir ki, cənab prezident bütün bunları nəzərə alaraq onun adını əfv siyahısına salsa, hamı razı qalar. Əli İnsanov iki qardaşının yasına belə gələ bilməyib.
Artıq 14 ilə yaxındır ki, həbsdədir. Həbsdə olmaq istənilən halda öz sözünü deyir. Onun yaşı elə həddədir ki, azad olunma vaxtı çoxdan çatıb. Kiçik qardaşı Əhmədin hüzründə iştirak etdim və gördüm ki, İnsanova qarşı nə qədər böyük münasibət var. Minlərlə insan başsağlığına gəlmişdi. Bu çox şeyi deyir. Bəlkə də Azərbaycan həbsxanasında onun yaşda məhbus yoxdur. Alim kimi də güclü idi. Azad Mirzəcanzadə deyirdi ki, Əli İnsanov kimi alimlər ölkəmizdə azdır. İnanıram ki, Əli İnsanovu azadlığa buraxacaqlar.
– Siz də yəqin müşahidə edirsiniz ki, ölkə müxalifətinin bir qismi sabiq səhiyyə nazirinə bir ümid yeri kimi baxır, onun üzərində bir lider imici formalaşdırır. Bəlkə də bu səbəbdən Əli İnsanov hələ də həbsdədir?
– Əli İnsanov olduqca müstəqil fikirli adamdır. Düşünürəm ki, müxalifət bu işdə düzgün mövqe tutmur. Tutaq ki, İnsanov azad olundu, sonra nə edəcək?
Onu tanıdığım qədəri ilə deyə bilərəm ki, Heydər Əliyevə necə sədaqətli idisə, bu şəkildə də davam edəcək. Onu tanıyan biri kimi onun müxalifətə qoşulacağına qətiyyən inanmıram. İnsanovu kənardan kimsə nəyəsə yönəldə bilməz.
Digər tərəfdən, o, həbsxanadan çıxan kimə niyə müxalifətə qoşulsun ki? Müxalifət sözsüz ki, ətrafını gücləndirmək istəyir. Amma İnsanovun o düşərgədə olacağını qətiyyən düşünmürəm. Əgər onun ətrafına kimlərsə yığılacaqsa, bunlar keçmiş YAP-çılar olacaq. Bu da səbəbsiz deyil. Ölkədə elə məmurlar var ki, daxildə narazılıq yaradıb, müxalifəti iqtidarın üzərinə gətirirlər. Bu məmurlar talançılıq, oğurluq edir, rüşvət alır, vətəndaşları qəbul etmirlər. Müxalifət də bunu görüb deyir. Bu məmurlar prezidentə köməklik göstərmək üçün bu cür işlərlə məşğul olmasalar, belə hallar baş verməz. Vaxtilə biz vəzifədə olanda rüşvət almadıq və indi də yaşayırıq. Fakt odur ki, xalqı narazı salan iqtidarda olanlardır. Təsəvvür edin ki, Prezident Administrasiyasında elələri var ki, 20-25 ildir orada otururlar, hələ bir rayona belə getməyiblər. Necə olur ki, cənab prezident ayda 2-3 dəfə ayrı-ayrı rayonlara səfər edir, amma bunlar yerlərində otururlar. Konkret ad da çəkərəm, sadəcə, ağzıma heyfim gəlir. Belə çıxışlarım olan kimi ya maşınımı əzirlər, ya da Xızının icra başçısı gedib hasarımı sökdürür. Bəzən də olur ki, işıqlarımı söndürtdürür, suyumu kəsdirir.
– Dediniz ki, vəzifədə olanda rüşvət almamısınız, amma indi normal yaşayırsız…
– Bir fakt deyim. Kazanda yaşayan Hacı Elman adlı birisi gətirib stolumun üstünə 1 milyon dollar qoydu. Ömrümdə dolları nə çamadanda, nə də o qədər görmüşdüm. Məndən torpaq istəyirdi.
Rüşvətə hər zaman nifrət bəsləmişəm. İndi normal yaşayıram, övladlarımı da normal şəkildə böyütmüşəm. Bir milyon dolları götürməməyimlə bağlı arxamca danışırlar ki, bunun başı xarab olub, əlində bu qədər imkanları varkən istifadə etməyib. Bir adam tapıla bilməz ki, mənə rüşvət verdiyini desin. Heç kəs yalandan üzümə dura bilməz. Amma bunlar kreslonu qamarlayan kimi əndazəni aşırlar. Papaqlarını ortalığa qoyub rüşvət tələb edən məmurlar utansın. Hər kəs onu da görür ki, murdar yollarla yığdıqları pulları belə yeyə bilmirlər. Allah onları cəzalandırır.
– Prezident İlham Əliyev xalq arasında rəğbətlə qarşılanan bir-birinin ardınca sərəncamlar verir. Bunları necə dəyərləndirirsiz?
– Ölkə başçısı ilə beş il bir parlamentdə təmsil olunmuşuq. Onun bacarığına, milli ruhuna bələdəm. Amma məmurlar, YAP-ın daxilindəki problemlər görülən müsbət işlərə ciddi mane olur. Təsəvvür edin ki, məni 18 ildir YAP-ın tədbirlərinə dəvət etmirlər. Bilirlər ki, sərt danışacam. YAP indi dövlət, xalq üçün çalışmayan bir quruma çevrilib. Kommunist Partiyasının 70 il ərzində Azərbaycanda üzvləri 400 mini keçməyib. Onun da 50 mini üzvlüyə namizəd idi. Bunlar deyirlər ki, 700 min üzvümüz var. Əgər bu qədərsinizsə, ölkədə ciddi problemlər varkən niyə səsiniz çıxmır? İşiniz gop etməkdir? Prezident nə üçün ərizələri özü yığmalıdır? O rayonlarda YAP sədrləri, müavinləri yoxdurmu? Hərəsinin altında 4-5 maşını var.
– Bu il parlament seçkilərinin olacağı yönündə xəbərlər dolaşır. Əgər bu olarsa, iştirak edəcəksiniz?
– Qətiyyən. Bəzi lal, kar, villapərəst, oğru deputatların yanında özümü görə bilmərəm. Deputat ki, xalqın içərisində olmadı, gedib onun dərdini öyrənmədi, qanun hazırlayıb vermədi, o nəyin deputatıdır? Bu səbəblərdən özümü parlamentdə görmürəm. Milli Məclisi gözdən salan deputatlardır. Bunu ümumi şəkildə hamısına şamil etmirəm. Orada sözünü deyən savadlı deputatlar da var. Parlament haqqında kitab yazıram. Spikeri də, ayrı-ayrı deputatları da təhlil edirəm.
– Mitinq müraciətlərinə son aylarda birmənalı rədd cavabı verilir. "Qarabağa azadlıq” şüarı ilə aksiya keçirmək istəyən Qarabağ Komitəsinə icazə verilməməsi daha çox müzakirələr doğurub. Sizcə, mitinqlərə nə üçün icazə verilmir?
– Bütün mitinqlərə icazə verilməlidir. Kimin içərisində nə varsa, onu meydana çıxıb boşaltmalıdır. Müxalifətin arxasınca gedən 5-10 min insan bir azdan getməyəcək. Çünki bir sıra problemlər getdikcə həll olunur. Bu problemlər isə ona görə indiyə qədər həll olunmayıb ki, YAP passivdir. Ayda azından iki dəfə prezidentə məlumat verilməlidir ki, filan sahədə hansı problemlər var. Cənab prezident nəyi necə etməyi yaxşı bilir. Qarabağ şüarı altında planlaşdırılan mitinqlərə niyə də icazə verilməsin? Mən mitinq tərəfdarıyam, aksiyaları qadağan etmək düzgün deyil. Bu, demokratiyanın əleyhinə getmək deməkdir. Tənqiddən adam qorxmamalıdır. Tənqid olan yerdə iş yaxşı gedir. Vəzifə başında oturanların çoxu heç mitinqin nə olduğunu anlamırlar. Vəzifə maşınında gedib-gəlməklə iş bitmir ki. Onlar xalqdan ayrılıblar. Müxalifətin mitinqinə icazə verilməyəndə guya onlar danışmırlar ki? Sosial şəbəkələrdə kim nə istəyirsə, onu danışır. Tənqid zamanı elə bir məsələ üzə çıxa bilər ki, dövlətçiliyimiz, iqtisadiyyatımız üçün xeyirli olar. Məmurların fəaliyyətsizliyi ucbatından işlərin çoxu prezidentin üzərinə düşüb. (Musavat.com)
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"