Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü - Bakıda universitetdə qeyd olundu

img

15-03-2019 [15:01]


Bakı Mühəndislik Universitetinin Hindistan Səfirliyi ilə birgə əməkdaşlığı çərçivəsində 2019-cu ilin martın 11-də Bakı Mühəndislik Universitetində Mahatma Qandiyə həsr olunmuş seminar təşkil olunub.

Bu barədə hindistanın Bakıdakı səfirliyindən Mia.az-a verilən məlumata görə, sülh müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150-ci ildönümünə həsr olunmuş seminarda Hindistan səfiri və Bakı Mühəndislik Universitetinin rəhbərliyi iştirak ediblər.

Bakı Mühəndislik Universitetinin rektoru prof. Havar Məmmədov Qandi ideologiyasının bugünkü dünyada əlaqəsi haqqında danışdı. O, həmçinin Qandinin Hindistanın azadlığı uğrunda verdiyi töhfələrinin və onun əzilən və ehtiyac içərisində olan insanları xilas etmək üçün gördüyü işlərdən bəhs edən həyatından söz açıb.

Hindistan səfiri B.Vanlalvawna Mahatma Qandinin anadan olmasının 150-ci ildönümünə həsr olunmuş anım mərasiminə ev sahibliyi etdiyi zaman Hindistanın Bakıdakı səfirliyi ilə əməkdaş etdiyinə görə universitetə öz təşəkkürünü bildirdi. O Qandinin 5 əsas prinsipi (zorakılığın olmaması, hörmət, başa düşmə, qəbul etmə və mərhəmət)və bugünkü dünyada zorakılığın olmaması prinsipinin mənimsənilməsinin vacibliyini haqqında danışdı. Səfir eyni zamanda inkişaf etməkdə olan ikitərəfli əlaqələrə toxunaraq bütün fakültəni və tələbələri hər fürsətdə səfirliklə əlaqə saxlamağa dəvət etdi.

Burada həmçinin Mahatma Qandinin həyatı və nailiyyətləri və onun Hindistanın azadlığı uğrunda verdiyi mübarizədəki rolundan bəhs edən ingilis dilində qısa film də nümayiş olundu. Filmi tələbələr tərəfindən təsvir olunan hind mədəniyyətinin gözəlliyindən bəhs edən mədəniyyət proqramı müşayiət etdi. Azərbaycanlı tələbələrin hind mahnıları oxumaq üçün və həm müasir, həm klassik hind rəqslərini etmək sərgilədikləri coşğu diqqətəlayiq idi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR