"Ölkəmizin daxili işlərinə qarışmağa cəhd ediirlər" - Deputat

img

15-03-2019 [13:59]


"Azərbaycanda həyata keçirilən islahatları gözü götürməyən qüvvələr "yox” deyillər. Həm xaricdə, həm də daxildə sapı özümüdən olanlar bunu edirlər”.

"Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzovun sözlərinə görə, həmin şəxslər iddia edirlər ki, atılan addımlar onların təzyiqi vasitəsilə həyata keçirilib: "Bir daha bəyan edirəm ki, bunlar Prezident seçkilərindən sonra həyata keçirilən islahatların tərkib hissəsidir”.

"Əfsuslar olsun ki, bəzi dövlətlərin qurumlarının hesabatlarında Azərbaycana qarşı qərəz hiss olunur. Azərbaycanın müstəqil siyasət yürütməsi, heç bir bloka qoşulmaması, Prezidentin öz xalqının maraqlarından çıxış etməsini gözügötürməyən dövlətlər müxtəlif bəhanələrlə, öz ölkələrində baş verən hadisələri kənara qoyub ölkəmizin daxili işlərinə qarışmağa cəhd ediirlər. Biunlar yersiz hərəkətlərdir, Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Ölkə başçısı xalqın maraqlarını istər ölkə daxilində, istərsə də xaricində müdafiə edir. Ona görə də belə cəhdlər nəticəsiz qalacaq”, - S.Novruzov əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR