Ərdoğan onu hədələyən terrorçu haqda danışdı: "Bunun qarşısı dərhal alınmazsa..."

img

15-03-2019 [13:44]


Yeni Zelandiyada məsciddə törədilən 49 nəfərin ölümünə səbəb olan terrorçunun teraktdan əvvəl  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı da hədələməsinə cavab verilib.

Mia.az xəbər verir ki, bu barədə danışan Ərdoğan terroru qətiyyətlə pisləyib. 

Deyib ki, onu hədəfə alan terrorçunun mənsub olduğu ideologiya İslam düşmənçiliyidir: "Bu, əvvəlcədən planlaşdırılmış terrordur. Yeni Zelandiyada müsəlmanlara qarşı terror hücumunu qətiyyətlə pisləyirəm.Ölkəmi Anadolu və Qərb olaraq bölmək istəyən terrorçu və qatil var. Bunun qarşısı dərhal alınmazsa, fəlakət xəbərlərinə yenilərinin də əlavə olunması qaçılmazdır. Bütün dünyanı, xüsusi ilə Qərb dövlətlərini bu təhlükəli gedişə qarşı sürətli tədbirlər görməyə çağırıram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR