"Bu, jurnalistlərin mədəni formada ələ alınması deyil, bəs nədir?"

img

15-03-2019 [13:34]


Bakcell şirkətinin kontur oğurluğuna qarşı ən çox etiraz edənlıər jurnalistlər olub. Təsadüfi deyil ki, demək olar hər gün bu şirkətin abunəçiləri olan jurnalistlər sosial şəbəkələrdə şikayətlənir, şirkətə qarşı ən ağır ittihamlar irəli sürürlər.

Mia.az xəbər verir ki, jurnalistlərin əsasən sosial şəbəkədə problemləri qabartması, dərdlərini dilə gətirməsinin də ciddi səbəbləri var. 

Belə ki, Bakcell o jurnalistlərin çoxunun işlədiyi media qurumları ilə qeyri-rəsmi razılaşıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, Bakcell ölkədə fəaliyyət göstərən, az-çox ictimai rəyə göstərən  mətbuat orqanları ilə çox ucuz, hətta aşağılayıcı şəkildə - 70-100 manatlıq kontur paylama ilə anlaşıb. Təsəvvür edin, artıq paytaxıtn hər tini elektron ödəmə sistemi ilə təchiz edilməyinə baxmayaraq, Bakcell hələ də 10 manatlıq kontur paketlərini redaksiyalara göndərir. Məhz buna görə də o media qurumlarında işləyənlər Bakcell-ə bağlı hətta ictimai əhəmiyyət daşıyan xəbərləri belə işlədikləri mətbu orqanında işıqlandıra bilmirlər.

Xatırladaq ki, bu və ya digər məqamlarla bağlı anlaşıla bilməyən çox azsaylı mətbu orqanlarında xəbərlər də verilib. 

Hətta Mia.az bir neçə dəfə Bakcell-ə sorğu da verib. Lakin şirkət cavablandırmayıb. 

İndisə aydın olur ki, Bakcell hətta sosial şəbəkədə oğurluq faktlarını qabardan jurnalistləri də ələ almaq niyyətindədir.

Belə ki, bu gün "Bakcell" şirkəti media sahəsində çalışan şəxslərə xüsusi tarif müəyyənləşdirib. 

Report xəbər verir ki, bu tarifdən istifadə edən media nümayəndələri ayda 5 manat ödəməklə öz aralarında pulsuz danışmaq imkanı əldə edəcəklər, digər nömrələrə zəng üçün 100 dəqiqə əldə edəcəklər və 1GB pulsuz internet trafiki qazanacaqlar.

Bundan əlavə paket daxilində pulsuz təqdim edilən 100 dəqiqə istifadə olunduqdan sonra abunəçiyə əlavə 1 GB pulsuz İnternet veriləcək: "Həmçinin zənglərin hər 100 dəqiqəsindən sonra abunəçiyə 1 GB pulsuz İnternet hədiyyə olunacaq. Bonus daxilində verilən pulsuz internet trafiki istifadə olunandan sonra abunəçi "Bakcell”in təklif etdiyi İnternet paketlərindən birinə qoşula bilər.

Bu özəl tarifdən yararlanmaq üçün media nümayəndələri şəxsiyyəti təsdiq edən sənəd, iş vəsiqəsi və yaxud media fəaliyyətini təsdiq edən hər hansı sənədlə Bakcell şirkətinin istənilən Xidmət Mərkəzinə müraciət etməlidirlər.

Qeyd edək ki, bir abunəçi bu tarifdə olan maksimum 5 pulsuz nömrə və yaxud istifadə etdiyi nömrəni (yalnız bir nömrə) yeni tarifə keçirib əlavə 4 pulsuz nömrə əldə edə bilər".

Bu, jurnalistlərin mədəni formada ələ alınması deyil, bəs nədir?

Məsələ ilə bağlı Bakcell-ə hər zamankı kimi sorğu göndərdik. Ümid edirik ki, şirkər bu dəfə cəmiyyəti maraqlandıran çoxsaylı şikayətlərə aydınlıq gətirəcək.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR