Şriftin ölçüsü / 114 dəfə oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Gəncə hadisələri ilə bağlı keçirilən məhkəmə iclasına ezam olunub

15 Mart 2019 [12:52]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov Gəncə hadisələri ilə bağlı keçirilən məhkəmə iclasına ezam olunub.

Mia.az "Report"a istinadən xəbər verir ki, E.İsmayılov bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baş tutan məhkəmə iclasında hakimlər kollegiyasının tərkibində iştirak edir.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Xatırladaq ki, bir neçə qrupun cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən araşdırılır.


SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub