ware script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Shell indir
Şriftin ölçüsü / 78 dəfə oxunub

"2018-ci il dərin iqtisadi islahatlar ili olub” - Spiker

15 Mart 2019 [12:30]
"Azərbaycanda Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlar hökumətin hesabatında əksini tapıb. Ötən il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub. Ölkə başçısının söylədiyi kimi, 2018-ci il dərin iqtisadi islahatlar ili olub”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, nüfuzlu reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirib: "Kredit reytinqinə görə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkənin valyuta ehtiyatı 3 milyard dollar artaraq ilin sonuna 45 milyard dollar olub. İqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin getdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin olunub.

2019-cu ilin əvvəlində minimum əməkhaqqının, əmək pensiyasının, sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada olan kreditlərin artan hissəsi ilə bağlı qərarın qəbul edilməsi 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsidir”.

Report


SON XƏBƏRLƏR
17:31 19.03.2019
Nazarbayev istefa verdi