Məsciddə ölənlər arasında azərbaycanlı var? - XİN-dən açıqlama

img

15-03-2019 [11:42]


"Yeni Zelandiyada məscidlərin atəşə tutulması nəticəsində ölən və yaralılar arasında azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb".

Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

O deyib ki, Azərbaycanın Avstraliyadakı Səfirliyi (səfirlik eyni zamanda Yeni Zelandiyada akkreditasiya olunub - red) bu məsələ ilə bağlı Yeni Zelandiyanın müvafiq qurumları və bu ölkədəki diaspora nümayəndələrimiz ilə davamlı təmasdadır".

Xatırladaq ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 40 nəfər ölüb, 48 nəfər xəsarət alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR