Avroliqa: "Çelsi", "Napoli" və "Valensiya" 1/4 finala yüksəlib

img

15-03-2019 [00:27]


Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk 3 cavab görüşü keçirilib.

Mia.az "Report"a istinadən xəbər verir ki, ən məhsuldar qarşılaşma Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" və İngiltərənin "Çelsi" komandaları arasındakı görüşdə qeydə alınıb.

Londondakı ilk matçda "zadəganlar" 3:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, yenə müdafiədə oturmayıblar. Əksinə, Mauritsio Sarrinin baş məşqçi olduğu kollektiv bu dəfə "Dinamo"nun qapısından 5 cavabsız top keçirib. Qollardan üçünü 5, 33 və 59-cu dəqiqələrdə Olivye Jiru vurub. Digər qolların müəllifi 45+1-ci dəqiqədə Markos Alonso və 78-ci dəqiqədə 19 yaşlı hücumçu Kallum Hadson-Odoi olub.

"Zaltsburq" Avstriyada İtaliya "Napoli"sinə 3:1 hesabı ilə qalib gəlsə də, mərhələ adlaya bilməyib. Buna Neapoldakı ilk matçda meydan sahiblərinin böyükhesablı qələbəsi səbəb olub - 3:0.

Gecənin sensasiyasını isə Rusiya "Krasnodar"ı gerçəkləşdirməyə yaxın olub. Murad Musayevin rəhbərlik etdiyi kollektiv İspaniyada 1:2 hesabı ilə uduzduğu "Valensiya" ilə cavab görüşünün 85-ci dəqiqəsində Məhəmməd-Şəpi Süleymanovun qolu ilə önə çıxıb. Lakin 90+3-cü dəqiqədə Qonsalo Quedeş bərabərlik qolunu vuraraq, "yarasalar"ı 1/4 finala çıxarıb.

Beləliklə, "Çelsi", "Napoli" və "Valensiya" 1/4 finala yüksəlib. 1/8 final mərhələsinin qalan 5 cavab oyunu Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Avropa Liqası

1/8 final, cavab oyunları

14 mart

21:55. "Dinamo” (Kiyev, Ukrayna) – "Çelsi” (İngiltərə) - 0:5

Qollar: Olivye Jiru, 5; 33; 59. Markos Alonso, 45+1. Kallum Hadson-Odoi, 78

İlk oyun – 0:3

21:55. "Zalsburq” (Avstriya) – "Napoli” (İtaliya) - 3:1

Qollar: Munas Dabbur, 25; Fredrik Qulbrandsen, 65. Kristof Leytgeb, 90+2 - Arkadiuş Milik, 14

İlk oyun – 0:3

21:55. "Krasnodar” (Rusiya) – "Valensiya” (İspaniya) - 1:1

Qollar: Məhəmməd-Şəpi Süleymanov, 85 - Qonsalo Quedeş, 90+3

İlk oyun – 1:2


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR