Saytların bloklanması ilə bağlı qanun dəyişir - Ekspertdən izahat

img

14-03-2019 [20:29]


"Məhkəmə qərarı olmadan milli internet resursların bloklanmasına son qoyula bilər".

Mia.az xəbər verir ki, bunu informasiya texnologiyaları üzrı ekspert Osman Gündüz deyib.

O bildirib ki, açıq hökumətin təşviqinə dair 2019-2021-ci illər üzrə Milli Fəaliyyət Planının hazırlanması üçün YOL XƏRİTƏSİ tərtib olunub: "Artıq sənəd Açıq Hökumət Platformasında maraqlı tərəflərin iştirakı ilə müzakirə edilərək qəbul edilib və Açıq Hökumət Tərəfdaşlığı platformasının Rəhbər Komitəsinə təqdim edilib.  Bu sənəddə açıq hökumətin inkişafı, şəffaflıq, informasiya azadlığı , korrupsiyaya qarşı mübarizə və s. istiqamətdə bir sıra məsələlər nəzərdə tutulub. O cümlədən, məhkəmə qərarları olmadan milli internet resursların bağlanması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub".

Osman Gündüzün sözlərinı görə, Milli Fəaliyyət Planının cari ilin sonunda qəbul edilməsi gözlənilir.

Ekspert onu da xatırladıb ki, iki il bundan öncə qəbul olunan dəyişikliyə görə qanunvericiliyin tələblərini pozan internet resursların məhkəmə qərarı olmadan da ölkə ərazisində NRYTN tərəfindən bloklanması məsələsi təsdiqlənib: "Artıq bu istiqamətdə bir sıra məhkəmə çəkişmələri də olub".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR