“Nar” yeni tarif təqdim etdi - Yenilənmiş “CavanNar”...

img

14-03-2019 [19:41]


Ölkənin ən gənc və innovativ mobil operatoru olan "Nar” yenilənmiş "CavanNar” tarifini təqdim edir. 

Mia.az xəbər verir ki, artıq bundan sonra "CavanNar” ilə abunəçilər daha çox internetdən istifadə edə və daha çox ünsiyyət qura biləcək.

 Yenilənmiş "CavanNar” 2 müxtəlif paketdə təqdim olunur. Belə ki, "CavanNar 9”a qoşulmaq istəyənlər aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə əldə edəcəklər. "CavanNar 6” isə istifadəçilərə aylıq 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. "CavanNar” tarifinə istənilən yaş qrupuna aid insanlar qoşula bilərlər. Qeyd edək ki, "CavanNar” Azərbaycan mobil rabitə bazarında ən sərfəli internet paketi sayılır. 

"CavanNar 9”a qoşulmaq üçün "C9” yazıb 777-yə göndərmək və ya 777#9#YES yığmaq lazımdır. "CavanNar 6”ya qoşulmaq üçün isə "C6” yazıb 777-yə göndərmək və ya 777#6#YES yığmaq kifayətdir. İstənilən tarifdən "CavanNar” tarifinə keçmək 1 AZN təşkil edir. Bir "CavanNar” tarifindən digərinə keçid isə pulsuzdur.

Qeyd edək ki, "CavanNar” tarifinə qoşulan abunəçilər hazırda ölkədə ən geniş şəbəkələrdən birinə malik olan "Nar”ın 4G şəbəkəsindən istifadə etməklə tam keyfiyyətdə yararlana bilərlər. Bakı və Abşeron yarımadası ilə yanaşı, 47 bölgə "Nar”ın 4G şəbəkəsi ilə təmin edilib.

"CavanNar” tarifi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR