Üç rayona polis rəisi təyin olundu - DİN-də dəyişiklik

img

14-03-2019 [18:08]


Daxili işlər orqanlarında yeni təyinat olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu vəzifədən azad edilərək Zərdab rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Nazirin digər əmri ilə Gədəbəy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib. Mingəçevir şəhər Polis Şöbəsinin rəis müavini Mehman Zeynalov isə Gədəbəy rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan başqa, Xocavənd rayon Polis Şöbəsinin rəisi Yadigar Hüseynov tutduğu vəzifədən azad edilib. Onun yerinə Füzuli rayon Polis Şöbəsinin rəis müavini Xəyyam Mirhüseynov təyin edilib/ona.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR