ware script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Shell indir hacklink
Şriftin ölçüsü / 282 dəfə oxunub

Xalq artisti özünə "komsomol toyu" edibmiş: "Atam Flora Kərimovanı sevməyib..."

14 Mart 2019 [17:29]
Əfsanəvi xalq artisti Həsənağa Turabovun qızı Sevinc Turabova xalq artisti Flora Kərimovaya cavab verib.

Sənətkarın qızı bildirib ki, atasının Flora Kərimovanın Həsənağa Turabovun onu sevməsi barədə dedikləri həqiqəti əks etdirmir:

"Atamın Flora Kərimovanı sevməsi ilə bağlı yaxın vaxtlara qədər nə mən, nə də ailəmiz eşitməyib. Atamla anam bir məktəbdə oxuyublar. Atam anamı sevib. İkincisi, Flora xanıma böyük hörmətim var, biz onun mahnıları ilə böyümüşük. Anam da ona hörmətlə yanaşır. İnanmaram ki, belə bir söhbət olub. Bütün qohumlar bilirdi ki, babam anamı atama vermək istəməyib, atam da anamı qaçırdıb. Anamla atam nişanlı olublar. Sonradan babam deyib ki, bakılıya qız vermirəm. Anam əslən Şuşadandır. Anamı qaçırandan sonra özlərinə "komsomol toyu" ediblər". 

Qeyd edək ki, Flora Kərimova ARB TV-də yayımlanan "Hüseynova bacıları" verilişində H.Turabovun onu sevdiyini, hətta evlənmək istədiyini bildirib.

Olke.az


SON XƏBƏRLƏR
17:31 19.03.2019
Nazarbayev istefa verdi