Akademik-deputat ƏƏSMN-ə maraqlı sual ünvanladı: “Belə çıxır ki, əllilik almaq üçün..."

img

14-03-2019 [17:00]


"Yalnız vərəm deyil, digər xəstəliklərlə bağlı əlilliyin təyin edilməsi üçün uzun müddətli stasionar müalicə alınması tələbi irəli sürülür. Bu məsələyə yenidən baxmaq lazımdır”.

Bunu Milli Məclisdə "Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr edilən dinləmədə Səhiyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

"Belə çıxır ki, əllilik almaq üçün xəstə uzun müddət xəstəxanada qalmalıdır? Bu, xəstənin özü üçün mənəvi zərərdir. Eyni zamanda dövlət vəsaitinin xərclənməsinə səbəb olur. Bu necə əsaslandırılır? Hanı qanunvericilik aktı ilə tənzimlənir? Necə etmək lazımdır ki, bu qəbildən olan şikayətlər olmasın?”, - deyə, komitə sədri sual verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi – Sosial Ekspertiza və Reablitasiya Xidmətinin rəisi Cavid Əbdülqədirov isə deyib ki, təkliflər nəzərə alınaraq baxılacaq. Onun sözlərinə görə, ötən il 615 vərəmli xəstənin əlillik təyinatı aparılıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub