CESD vətəndaş cəmiyyəti və tələbələr üçün təlimlər təşkil edib - FOTOLAR

img

14-03-2019 [16:15]


İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) PH Internationlın təşkilatçılığı ilə martın 13-də Bakı şəhərində "Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri" adlı layihəçərçivəsində müxtəlif sosial qrupların təmsilçiləri üçün təlimi proqramını başa vurub.

CESD-dən Mia.az-a verilən məlumata görə, bundan əvvəl keçirilən təlimlərdə olduğu kimi layihənin təsir dairəsini genişləndirmək məqsədi ilə müxtəlif qrupların təmsilçiləri, o cümlədəntəhsil sektorunda çalışanlar, gənc aktivistlər, media və vətəndaş cəmiyyəti nümayəndələri iştirakı təmin edilib.

Təlim PH İnternational təşkilatının radikal ekstremizmlə mübarizədə müasir yanaşma üzrə təlimlərininin iştirakçıları olmuş İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşları Əhməd Əlili və Rəşad Həsənov tərəfindən keçirilib.

Bununla yanaşı bu istiqamətdə mübarizə siyasətini həyata keçirən bütün qrumlar və steykholderlər bu modellərdən istifadə etməklə yol xəritəsi hazırlaya və problemi kökundən həll etmək üçün müxtəlif istiqamətli fəaliyyətləri paralel olaraq həyata keçirə bilərlər.

Xatırladaq ki, müvafiq layihə üzrə təlimlər təkcə paytaxt Bakıda deyil, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonlarında paralel olaraq təşkil edilib.

Sonda iştirakçılara PH və CESD-nin beynəlxalq sertifikatı verilib.

 

 

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR