Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi

img

14-03-2019 [16:11]


Balakən rayonu, Qabaqçöl bələdiyyəsinin mənimsəmədə təqsirləndirilən sədri Məhəmməd Qadayev, Murtuzəli Nəbiyev və Ramazan Şatrayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hümbət Səlimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 27-nə təyin edilib.

Qeyd edək ki, Balakən rayonu Qabaqçöl bələdiyyəsinin sədri M.Qadayev, M.Nəbiyev və R.Şatrayev mənimsəmədə təqsirli bilinirlər.

Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Balakən rayonu Qabaqçöl bələdiyyəsidir.

Məlumata görə, M.Qadayev vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq surətdə kənara çıxan hərəkətlər etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR